Central Asian Research Index

INTERNATIONAL SCIENTIFIC JOURNAL OF MEDIA AND COMMUNICATIONS IN CENTRAL ASIA, 2025

TÜRKÜSTANDA CƏDİDÇİLİK HƏRƏKATI VƏ MAHMUDXOCA BEHBUDİNİN MƏTBUAT FƏALİYYƏTİ

Almaz Ulviy Binnatova

Аннотация · Abstract

Bu tezisdə XIX əsrin sonu – XX əsrin əvvəllərində Türküstanda formalaşmış cədidçilik hərəkatı, onun məqsədləri və əsas nümayəndəsi Mahmudxoca Behbudinin fəaliyyəti araşdırılmışdır. “Səmərqənd” qəzeti və “Ayna” jurnalının cəmiyyətin modernləşməsindəki rolu, eləcə də bu nəşrlərin Azərbaycan mətbuatındakı “Molla Nəsrəddin”, “İrşad” və “Füyuzat” ilə müqayisəsi aparılmışdır. Nəticədə, cədidçilik və Azərbaycan maarifçiliyinin ortaq və fərqli cəhətləri müəyyən edilmişdir.

Сведения · Details